Image
Top
Navigation

 

start-photo2015-ci il mayın 31-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya start verildi. Aksiyaya qoşulmaq üçün xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı SELFİ GENERATORUNA daxil ol.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Lakin tütünlə mübarizə bir gün yox, hər gün aparılmalıdır! İSİM hamını bu aksiyaya qoşulmağa və tütünlə mübarizədə həmrəy olmağa çağırır!