Image
Top
Navigation

Haqqımızda

2015-ci il mayın 31-dən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya start verildi.

Aksiyaya qoşulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə İSİM tərəfindən xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı selfi generatorundan və ya xüsusi plakatdan istifadə etməklə çəkilmiş fotoşəkilləri bizə göndərin.  Göndərilən şəkillər İSİM-in aksiya ilə bağlı Facebook səhifəsində və www.nosmoke.az qalereyasında yerləşdiriləcək. Eyni zamanda aksiya iştirakçıları şəkilləri #mensiqaretcekmirem haştaqı ilə üzv olduqları sosial şəbəkələrdə paylaşa bilərlər.

Diqqət: Aksiyada iştirak edənlər, şəkil göndərməklə, siqaret çəkmədiklərini təsdiqləyirlər!

ÜST-nin təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Həmin gün ictimaiyyətin diqqəti tütündən istifadənin təhlükələrinə, tütün epidemiyasına qarşı aparılan mübarizəyə, gələcək nəsillərin qorunması məqsədilə dünya ictimaiyyətini fəal olmağa yönəldilir.

Dünyada hər il təxminən 6 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. 20-ci əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.

Tütünlə mübarizə bir gün yox, hər gün aparılmalıdır! İSİM hamını “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya qoşulmağa və tütünlə mübarizədə həmrəy olmağa çağırır!